"Astrazeneka" vaksinası ilə 45 yaşdan yuxarı olan vətəndaşlar da peyvənd olunacaqlar
"Astrazeneka" vaksinası ilə 45 yaşdan yuxarı olan vətəndaşlar da peyvənd olunacaqlar

“Astrazeneka” ilə vaksinasiya prosesinə 45 yaşdan yuxarı olan vətəndaşlar da qoşulacaqlar.

Bu haqda məlumatı Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunia imunizasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə verdi.

“Ötən həftə Almaniya “Astrazeneka” ilə bağlı yaş məhdudiyyəti qoydu, ancaq digər ölkələr hələlik hazırki vəziyyəti qoruyurlar. Bizdə isə, əlavə məsləhətləşmələrdən sonra, mütəxəssislər qrupu qərar verdi ki, “Astrazeneka” ilə istifadə edənlərin yaş məhdudiyyəti 45-ə endirilsin. Sabahdan artıq, 45 yaşdan yuxarı olan vətəndaşlar vaksina üçün qeydiyyatdan keçə biləcəklər. Xüsusi tələb isə, tibb personalı tərəfindən var”, – dedi Tamar Qabunia.

Bu günə qədər isə, Gürcüstanda  “Astrazeneka” ilə sadəcə 55 yaşdan yuxarı olanlar istifadə edə bilirdilər.