Asiya İnkişaf Bankı Gürcüstana "PCR" testlərinin əldə edilməsi üçün 400 min avro ayırdı
Asiya İnkişaf Bankı Gürcüstana “PCR” testlərinin əldə edilməsi üçün 400 min avro ayırdı. Bu barədə Asiya İnkişaf Bankı tərəfindən yayılan məlumatda deyilir.
“Asiya İnkişaf Bankı tərəfindən ayrılan 400 000 avro miqdarında qrant Gürcüstan “COVID-19”-a qarşı mübarizəyə və ölkənin tibbi aparaturanı əldə etməyə imkanlar yaradacaq. Qrant Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən ən müasir aparaturanın əldə ediməsinə, üzdəniraq “PCR” testlərinin əldə edilməsinə sərf olunacaq.
Tibbi təchizat və proqram və texniki təminat ölkəyə virus üzrə testlərin sürətli edilməsində əhəmiyyətli dərəcədə yardım edəcək”, – məlumatda deyilir.