Arveladzelərin növbəti layihəsi - Qardabanidə yeni stadion

Arveladze qardaşlarının fondunun, Türkiyə Respublikasının Gürcüstandaki Səfirliyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşəbbüsü ilə Qardabani munisipalitetində futbol stadionu açıldı.

40 metrlik futbol meydanı Kalinin kənd məktəbinin ərazisində yerləşir.

Stadionun açıldığı gün 25 yeniyetmədən komplektləşdirilən futbol komandası da yarandı və ona Arveladzelər tərəfindən seçilən məşqçi rəhbərlik edəcək.

Kalinin kəndində yaşayan uşaqlara və yeniyetmələrə Arveladzelər fondu və Türkiyə Agentliyi tərəfindən hədiyyə olaraq, toplar, formalar və futbol inventarı veriləcək.

Qeyd edilməlidir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə sentyabr ayında Tserovani kəndində qaçqınların yaşadığı bölqədə də stadion açıldı.