Arveladze Fondu Pankisi vadisində futbol turniri keçirib #1TVSPORT
Arveladze Fondu Pankisi vadisində futbol turniri keçirib #1TVSPORT

 
Sağlam həyat tərzinin təbliği və sosial sahibkarlıq istiqamətində “Gələcəyin Çempionları” idman-maarifləndirici layihəsi çərçivəsində Arveladze Fondunun rəhbərləri Pankisi vadisində Coğolo kəndində qonaq olublar.

Fondun və Gürcüstanın Strategiya və İnkişaf Mərkəzinin rəhbərlərinin təşkilatçılığı ilə Coğolo, Omalo və Axmeta ​​futbol komandaları arasında mini-futbol turniri keçirilmiş, yeniyetmə və məşqçilərə idman ləvazimatları və toplar verilmişdir.

Proqramın təhsil komponentinə sosial sahibkarlıq daxildir və yazdan fəal şəkildə işə salınacaq. Yeniyetmələr bir çox istiqamətlər üzrə biliklərini dərinləşdirəcəklər ki, bu da yerli əhalinin cəmiyyətə inteqrasiyasına və sosial layihələrdə iştirakına əhəmiyyətli töhfə verəcək.

Kaxeti bölgəsindən başqa, “Gələcəyin Çempionları” layihəsi yüksək dağlıq Acara bölgəsində də həyata keçirilir. Keda, Xulo və Şuaxevidə yeniyetmələr üçün oxşar pulsuz futbol məktəbləri açılıb və yerli məşqçilər onlarla sistemli şəkildə işləyəcək. Proqram başlamazdan əvvəl altı komandanın hamısının məşqçiləri fondun xüsusi proqramı üzrə hazırlıqdan keçiblər.

Gürcüstanın Strategiya və İnkişaf Mərkəzi və Arveladze Fondunun birgə layihəsi Kaxeti Regional İnkişaf Fondu, Yaşıl Sektor və Impact Hub Tbilisi- ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Norveç Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.