Artilleriya batalyonu Orpoloda yekun səhra təlimi keçirib
Artilleriya batalyonu Orpoloda yekun səhra təlimi keçirib

 

Gürcüstan Müdafiə Qüvvələrinin 3-cü Piyada Briqadasının 34-cü Artilleriya Batalyonu Orpolonun atış tapşırıqlarına əsaslanan situasiya təlimini başa vurub.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, artilleriya bölməsi yekun səhra təlimini tabor səviyyəsində yekunlaşdırıcı döyüş atışları, hücum və müdafiə əməliyyatları ilə keçirib.

Təlim 10 gün ərzində davam edib və üç mərhələdən ibarət olub. Birinci mərhələ səhra təliminin planlaşdırılmasını əhatə edib, ikinci və üçüncü mərhələlər isə icra və qiymətləndirməyə ayrılmışdı.

Səhra təlimi çərçivəsində hərbi qulluqçuların praktiki vərdişləri, o cümlədən batalyonun qərargahı və tabeliyindəki bölmələrin əlaqələndirilmiş fəaliyyəti təkmilləşdirilib. Təlim Qərb Komandanlığının müşahidəçilər qrupu tərəfindən müsbət qiymətləndirilib.