"Armiya" raqbi klubunun maliyyələşdirilməsinin dayandırılması ilə bağlı Müdafiyə Nazirliyi bəyanat yayır
“Armiya” raqbi klubunun maliyyələşdirilməsinin dayandırılması ilə bağlı Müdafiyə Nazirliyi bəyanat yayır.
Bəyanatda deyilir ki, “Armiya” raqbi klubunun illik maliyyəsi 400 min lari təşkil edir və Müdafiyə Naziri onun maliyyəsinin kəsilməsi ilə bağlı qərarı Müdafiyə Nazirliyi bir il bundan öncə verdi.
“Armiya raqbi klubunun illik maliyyəsi 400 min laridir. Qeyd etmək istəyirik ki, Müdafiyə Nazirliyinin prioritetləri arasına bu mərhələdə, idman klublarının maliyyələşdirilməsi daxil deyil. Klubun maliyyəsinin kəsilməsi haqqında məlumat daha öncə verilmişdi və klubun üzvlərinin bu qərarın gözlənilməz olduğu haqqında iddiaları doğru deyil” – deyilir nazirliyin bəyanatında.
“Armiya” klubunun üzvləri bugün etiraz aksiyası keçirdilər.