Arxiv filmləri festivalının iştirakçıları Milli Arxivin fəaliyyəti ilə tanış olublar
Arxiv filmləri festivalının iştirakçıları Milli Arxivin fəaliyyəti ilə tanış olublar

 
Tbilisidə keçirilən II Beynəlxalq Arxiv Filmləri Festivalının əcnəbi iştirakçıları Gürcüstan Milli Arxivinin mərkəzi kino-foto-fonosənədlər arxivində olublar.

Mərkəzi kino-foto-fonosənədlər arxivinin direktoru Qiorqi Kakabadze və arxivin əməkdaşları ABŞ, Portuqaliya, Çexiya, Xorvatiya, Estoniya, Bolqarıstan və Almaniyanın kino arxivləri və kino muzeylərinin nümayəndələrini kinoproyeksiya sahəsi, filmlərin skan edilməsi və bərpası üçün lazımi avadanlıqlar, tədqiqatçılar zalı və audiostudiya, eləcə də arxivdə mövcud layihələrlə tanış ediblər.

Gürcüstanın Ədliyyə Nazirliyinin Milli Arxivinin kinoteatrında ikinci beynəlxalq arxiv filmləri festivalının açılışı 2023-cü ilin oktyabrın 4-də baş tutub və 2023-cü ilin oktyabrın 7-i də daxil olmaqla davam edəcək. Sərgidə 15 ölkədən 38 bədii, sənədli və animasiya filmi nümayiş etdirilir. Festivalın əcnəbi qonaqları gürcü tamaşaçılara öz proqramlarını təqdim edəcəklər.

Məlumatı Gürcüstanın Milli Arxivinin mətbuat xidməti yayır.