Arçil Tatunaşviliyi Tserovaniyə, Müqəddəs Giorgi kilsəsinə apardılar (Foto)
İşğal edilmiş Sxinvalidə həbs edildikdən sonra öldürülən Arçil Tatunaşviliyi Tsilkanidən Tserovaniyə, Müqəddəs Giorgi adına kilsəyə apardılar və onun yas mərasimi ordan davam edəcək.
Tatunaşvilinin dəfn mərasimində yüksək vəzifəli şəxslər iştirak edəcəklər.
Dəfn xərclərini dövlət ödəyəcək.
Arçil Tatunaşvili Gürcüstanın silahlı qüvvələrində xidmət edirdi və beynəlxalq missiyalarda iştirak edirdi.
Sabiq hərbçi 2018-ci ilin fevralın 22-də, işğal edilən Sxinvalidə həbs edildi və onun ertəsi gün öldü.
İşğal edilmiş Sxinvali iqtidarı onun cəsədini ancaq bir aydan sonra, martın 20-də ailəsinə qaytardı.
Ekspertiza nəticəsində məlum oldu ki, sabiq əsgər işgəncə edilərək, öldürülüb.



