Arçil Tatunaşviliyi Tserovani Müqəddəs Giorgi kilsəsindən çıxarddılar (video)

Arçil Tatunaşviliyi, səhərdən yas mərasiminin keçirildiyi Tserovani Müqəddəs Giorgi kilsəsindən çıxarddılar.

Tatunaşviliyi Muxatqverdi qardaş məzarlığlnda dəfn edəcəklər.

Tatunaşvilinin dəfn mərasimində yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

Dəfn xərclərini dövlət ödəyəcək.

Arçil Tatunaşvili Gürcüstanın silahlı qüvvələrində xidmət edirdi və beynəlxalq missiyalarda iştirak edirdi.

Sabiq hərbçi 2018-ci ilin fevralın 22-də, işğal edilən Sxinvalidə həbs edildi və onun ertəsi gün öldü.

İşğal edilmiş Sxinvali iqtidarı onun cəsədini ancaq bir aydan sonra, martın 20-də ailəsinə qaytardı.

Ekspertiza nəticəsində məlum oldu ki, sabiq əsgər işgəncə edilərək, öldürülüb.