Arçil Tatunaşvilinin öldürülməsi faktı üzrə Gürcüstan Strasburq Məhkəməsinə müraciət edəcək
Arçil Tatunaşvilinin öldürülməsi faktı üzrə Gürcüstan Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edəcək. Bu barədə Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani bəyan etdi.
Onun dediyinə görə, Strasburq Məhkəməsinə təqdim olunası şikayət üzrə işlər tezliklə başa çatacaq və cavab verən tərəf Rusiya federasiyası olacaq.
“Ədliyyə Nazirliyi hökumətlə razılaşdıraraq Strasburq Məhkəməsinə şikayətin hazırlanması üzrə işləri, hələ hökumətimiz Sxinvali bölgəsindən cəsədin qaytarılması üçün hər şeyi etdiyi vaxtdan həyata keçirir. Bundan sonra cəsədin təhvili baş verdi. Lakin şikayətin hazırlanması prossesi dayanmayıb. Şikayət üzrə işləri tezliklə başa çatdıracağıq və sözsüz ki, cavab verən tərəf Rusiya federasiyası olacaq”, – Tea Sulukiani bəyan etdi.