Arçil Talakvadze - Parlament əksəriyyəti doqquzuncu çağırış parlamentində 2020-ci ilin oktyabr ayına qədər işləməyə davam edəcək
Arçil Talakvadze - Parlament əksəriyyəti doqquzuncu çağırış parlamentində 2020-ci ilin oktyabr ayına qədər işləməyə davam edəcək

Parlament əksəriyyətinin lideri Arçil Talakvadze bəyan edir ki, parlament əksəriyyəti doqquzuncu çağırış parlamentində 2020-ci ilə qədər işləməyə davam edəcək.

Bu barədə bəyanatı Arçil Talakvadze jurnalistlər tərəfindən Qedevan Popxadzedən başqa, digər deputatların da parlamenti tərk edib-etməyəcəi barədə verilən suallarına cavab olaraq, verdi.

Gedevan Popxadzenin qərarı ilə bağlı isə, Talakvadze bəyan etdi ki, partiya daxilində müəyyən məsələlər üzrə fikir ayrılığı çox normaldır və bunda dramatik birşey görmür və bu demokratiyanın bir hissəsidir.

Xatırladaq ki, deputat Gedevan Popxadze, “Avropa Gürcüstanı” partiyası tərəfindən təqdim edilən namizədin İctimai Yayımçının qəyyumlar şurasına seçilməsini və parlament əksəriyyəti tərəfindən onun namizədinin dəstəklənməsinin yanlış olduğunu bəyan edərək, parlamenti tərk edir.