Arçil Talakvadze - Mamuka Baxtadzeyə etimad bəyan edirik, baş nazir statusunu və ligitimasiyanı veririk
Arçil Talakvadze - Mamuka Baxtadzeyə etimad bəyan edirik, baş nazir statusunu və ligitimasiyanı veririk

Biz Mamuka Baxtadzeyə etimad bəyan edirik, baş nazir statusunu və ligitimasiyanı veririk, – bu barədə Parlament çoxluğunun lideri, Arçil Talakvadze brifinqdə bəyan etdi.

Buna qədər isə, Parlament hazırkı tərkib üçün etimadın bəyan edilməsini sürətləndirilmiş müddətlərdə müzakirə edəcək.

Parlament çoxluğunun liderinin açıqlamasına görə, bununla Parlament Mamuka Baxtadzeyə imkan verəcək ki, hökumət strukturunun yeniləşdirilməsi üzrə işləsin.

Etimadın alınması üçün Gürcüstan Parlamentinə hökumətin tərkibi rəsmi olaraq təqdim olundu.

Büronun bu günki iclasında nazirliyə namizədlərin dinlənilməsi cədvəli təsdiq olundu.

İrakli Kobaxidzenin məlumatına görə, iyunun 20-də Parlamentin növbədənkənar iclası keçiriləcək və hökumətə etimadın bəyan edilməsi barəsində müzakirə aparılacaq.