Arçil Talakvadze - Kaxa Kaladze dəstəmizin ən öndər liderlərindən biridir, ictimaiyyət ona etibar edir və bu da onun siyasi gələcəyi üçün önəmlidir
Arçil Talakvadze - Kaxa Kaladze dəstəmizin ən öndər liderlərindən biridir, ictimaiyyət ona etibar edir və bu da onun siyasi gələcəyi üçün önəmlidir

Kaxa Kaladze dəstəmizin ən öndər liderlərindən biridir, ictimaiyyət ona etibar edir və bu da onun siyasi gələcəyi üçün önəmlidir, – bu bəyanatı parlamentin sədri Arçil Talakvadze Tbilisi meri namizədi ilə bağlı sualları cavablandırarkən verdi.

Onun dediyinə görə, özünü-idarəetmə seçkiləri ilə bağlı dəstədə hələ danışıqlar aparılmayıb.

“Kaxa Kaladze çox önəmli layihələr həyata keçirdi və yenə hərşey irəlidədir. Əminəm ki, onunla bərabər paytaxt üçün vəd edilən bütün layihələr həyata keçiriləcək. Özünü-idarəetmə seçkilərindəki namizədlərlə bağlı danışmaq üçün isə, hələ tezdir, ancaq birmənalı olaraq, deyə bilərəm ki, Kaxa Kaladze dəstəmizin ən öndər liderlərindən biridir və ictimaiyyət ona etibar edir, ki bu da onun siyasi gələcəyi üçün çox önəmlidir”, – dedi Arçil Talakvadze.