Arçil Talakvadze - İnfeksiyaya yoluxma hallarının sayı azalmağa davam etsə, məhdudiyyətlərin aradan qaldırılma prosesi tezləşdiriləcək
Arçil Talakvadze - İnfeksiyaya yoluxma hallarının sayı azalmağa davam etsə, məhdudiyyətlərin aradan qaldırılma prosesi tezləşdiriləcək

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bəyan edir ki, koronavirus infeksiyasına yoluxma hallarının sayı azalmağa davam etsə, məhdudiyyətlərin aradan qaldırılma prosesi tezləşdiriləcək.

Bu barədə bəyanatı Talakvadze bugünki büro iclasında verdi.

“Əgər həkimlərimiz sayəsində nail olduğumuz stabil vəziyyət və bugünki tendensiya davam etsə, məhdudiyyətlərin qaldırılması prosesini daha da tezləşdirə bilərik ki, iqtisadi və sosiyal funksiyaları tez zamanda bərpa edilsin.

Əlbəttə ki, parlament adi rejiminə qayıdanda, biz həyata keçirilən bütün tədbirləri və gələcək strategiya və planlarımızı müzakirə edəcəyik” – dedi Talakvadze.