Arçil Talakvadze - Gigi Uqulavanın banerində üzü cırılıb, ümid edirəm ki, bunu edən tez vaxtda yaxalanacaq
Arçil Talakvadze - Gigi Uqulavanın banerində üzü cırılıb, ümid edirəm ki, bunu edən tez vaxtda yaxalanacaq

Səhərdən bir çox seçki məntəqələrini gəzdim və hələ sadəcə mavi kartlar görürəm, Gigi Uqulavanınn qırmızı kartların kütləvi şəkildə görünəcəyi haqqında vədi hələlik əsassızdır, – bu bəyanatı parlament əksəriyyətinin lideri Arçil Talakvadze Gigi Uqulavanın bəyanatına cavab olaraq verdi, hansında Uqulava demişdi ki, Vani və Xoni əhalisi bugün qırmızı kartlar göstərəcəklər.

Bununla yanaşı, Arçil Talakvadze Gigi Uqulavanın seçki banerinə zərər verilmə faktına da səsləndi və bəyan etdi ki, bunu edəni tez vaxtda tapacaqlar.

“Cənab Gigi Uqulavının banerinə zərər verənləri yaxalayacaqlar və əminəm ki, bu xoşa gəlməz faktın seçkilərin nəticəsinə heç bir təsiri olmayacaq” – dedi Talakvadze.

“Avropa Gürcüstanı”-nın namizədi Gigi Uqulavanın zərər verilən banerinin yanında kriminalistlər işləyirlər.

Vani və Xoni seçki məntəqələrində bugün aralıq parlament seçkiləri keçirilir.

Vətəndaşlar majoritar seçki məntəqələrində parlamentə Vani və Xoninin majoritar deputatlarını seçirlər.

Aralıq seçkilərinin keçirilməsi zərurəti, “Gürcü Arzusunun” Vani və Xoni majoritar deputatı Qriqol Leluaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri təyin edilməsindən sonra yarandı.

Qeyd olunan rayonlarda 48 123 seçici qeydiyyatdan keçib.

Seçkidə iştirak edən namizədlər bunlardır:

2. “Bakradze, Uqulava – Avropa Gürcüstanı – Giorgi Uqulava
17. “Gürcüstan” – Giorgi Leluaşvili
21. “Ənənəçilər” – Zurab Kartvelişvili
23. “Yeni Xristian-demokratlar”– Mamuka Tuskadze
41. “Gürcü Arzusu – demokratik Gürcüstan” – Givi Çiçinadze
42. Təşəbbüs qrupu (Sopio Meşveliani, Şorena Cuxradze, Vaja Kopaliani, Tamar Kuxalaşvili, Marina Çaqunava) – Vasil Kopaliani.