Arçil Talakvadze - əsgərlərə müraciət etmək istəyirəm, heç bir Haaqa Məhkəməsi sizi hədələmir, siz qəhrəmanlarsınız
Arçil Talakvadze - əsgərlərə müraciət etmək istəyirəm, heç bir Haaqa Məhkəməsi sizi hədələmir, siz qəhrəmanlarsınız

Haaqa Məhkəməsində müzakirə və ədalət üçün mübarizə məhz elə bizim hakimiyyətimiz zamanı fəallaşdı, – bu barədə parlament çoxluğunun lideri, Arçil Talakvadze 2008-ci il avqust müharibəsi mövzusu üzrə Haaqada keçirilən proses barəsində bəyan etdi.

“Keçmiş hakimiyyətə xatırlatmaq istəyirəm ki, dəlilləri, o cümlədən bombaların hissələrini, hansıları da bizim əhaliyə qarşı istifadə etmişdilər, məhz elə Tea Sulukiani və bizim hakimiyyət tərəfindən toplanılmışdır, ekspertiza keçirilmişdir və istintaq üçün göndərilmişdir. İşin qələbəsi üçün mümkün olan dəlillər diqqətsiz qalmışdır və ya əksər hallarda itirilmişdir”, – Talakvadze bəyan etdi.

Parlament çoxluğunun liderinin bəyan etdiyinə görə, “Milli Hərəkat” calışır ki, ordu və əsgərləri öz partiyasının müdafiəsi üçün istifadə etsin.

“Haaqa Məhkəməsində mübarizəmizi davam etdirirk. “Milli Hərəkatın” utanmaz və məsuliyyətisiz mövqeyini görürük ki, calışır ordu və əsgərləri öz partiyasının müdafiəsi üçün istifadə etsin. Əsgərlərə müraciət etmək istəyirəm, heç bir Haaqa Məhkəməsi sizi hədələmir, vətəninizin müdafiəsini davam etdirin, siz qəhrəmanlarsınız və televiziyada bəyan etdikləri ki, Gürcüstan Haaqa Məhkəməsində uduzacaq, yalandır və bunun inanılması qeyri mümkündür.

“Milli Hərəkatın” deputatı Salome Samadaşvili bu gün bəyan etid ki, Haaqada cərəyan edən proseslər Gürcüstan dövlət maraqlarına ciddi təhlükə yaradır.