Parlamentin sədri Arçil Takalvadzenin bəyanatına görə, siyasi tərəflər arasında dialoq rejimi hələ başa çatmayıb.
Görüşdə hansı məsələlərin müzakirə olunduğunu Talakvadze konkretləşdirməyib, ancaq vurğuladı ki, dialoq üçün qapı hələdə açıqdır.
“Dialoq başa çatmayıb. Biz yenə bir dəfə görüşmək üçün razılaşdıq.
Bildiyiniz kimi, görüşün detallarını ictimailəşdirmirik. Razılaşma olsa, ictimaiyyətə detallı məlumat veriləcək” – dedi Arçil Talakvadze.
ABŞ səfirinin rezidensiyasında siyasi partiyalar arasında danışıqların ikinci raundu keçirildi.
Görüşdə Amerika səfiri ilə bərabər, Avropa İttifaqının Gürcüstandaki nümayəndəsi Karl Hartsel də iştirak edirdi.