Arçil Talakvadze - Bu gün yenə bir daha təsdiqləndi ki, Giorgi Qaxaria öz maraqlırından irəli gələrək hərəkət edirdi və dostlarını da öz yanına çəkdi
Arçil Talakvadze - Bu gün yenə bir daha təsdiqləndi ki, Giorgi Qaxaria öz maraqlırından irəli gələrək hərəkət edirdi və dostlarını da öz yanına çəkdi

Bu gün yenə bir daha təsdiqləndi ki, Giorgi Qaxaria öz maraqlırından irəli gələrək hərəkət edirdi və dostlarını da öz yanına çəkdi, – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze, dörd deputatın “Gürcü Arzusunu” tərk etməsi ilə bağlı verdi.

Talakvadze qeyd etdi ki, konsolidasiyanın və hərkəsin birlik olması gərəkən zamanda Qaxaria dəstəyi tərk etdi  və indi də öz dostlarını yanına çəkdi.

“Parlamentin spikeri olaraq, deputatların məni əvvəlcədən xəbərdar etmələrinə görə minnətdaram, Giorgi Qaxaria ilə rəqabətə gəlincə isə, baxır o nə partiyası yaradacaq, yanında kimlər olacaq və hansı siyasi platformu seçəcək.  Məncə onun müxalifətə gedişi hazırki müxalifət üçün problem olacaq, çünki onlar parlamentə daxil olmaq istəmədilər və fəaliyyətlərini küçədən davam etdirməyi seçdilər. Küçə layihəsi isə, alınmadı, çünki ictimaiyyət onları dəstəkləmədi. Siyasətdə belə olur, müxalifət öz yerini itirəndə, o yeri başqası tutur. Onların yerini Qaxaria tuta biləcək mi, bu gələcəkdə bəlli olacaq”, – dedi Talakvadze.

Xatırladaq ki, bu gün parlamentdə keçirilən brifinqdə məlum oldu ki, dörd deputat Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri və Şalva Kereseledize “Gürcü Arzusu” partiyasından çıxdılar və fəaliyyətlərinə müstəqil deputatlar olaraq, davam edəcəklər.