Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydaları Komitəsi Arçil Qorduladzenin Qiorqi Tsaqareişvilinin xələfi təyin edilməsi məsələsini müzakirə edib və onun namizədliyini dəstəkləyib.
Parlamentin Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri İrakli Kadaqişvilinin qeyd etdiyi kimi, Arçil Qorduladze ilə bağlı müvafiq sənədləşmə, bütün müvafiq sənədlər və onun razılığı var.
“Arçil Qorduladzeni dəstəkləyək və onun səlahiyyəti parlamentin plenar iclasında tanınsın. Plenar iclası dəstəklədikdən sonra biz həmkarımızı zalda salamlayacağıq”- deyə İrakli Kadaqişvili açıqlayıb.
Qiorqi Tsaqareişvilinin parlamentin üzvü kimi səlahiyyətlərinə onun səhiyyə nazirinin müavini təyin olunması ilə əlaqədar vaxtından əvvəl xitam verilib.