Archil Talakvadze-müsəlman yoldaşlarımızın Ramazan bayramını təbrik edirəm
Gürcüstan parlamentinin sədri,Archil Talakvadze müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edir.
“Gürcüstan Parlamenti adından müsəlman yoldaşlarımızı Ramazan Bayramı münasibətilə təbrik edirəm və onlarla birlikdə müsəlman dünyasının ən böyük bayramlarından birini qeyd edənlərin hamısını təbrik edirəm.
Əsrlərdir ortaq vətənimizin və bölgəmizin ümumi rifahı üçün yan-yana çalışırıq. Sizə cansağlığı, əmin-amanlıq və sevinc arzulayıram! “-deyə Parlamentin Mətbuat Xidmətinin yaydığı təbrikdə qeyd olunub.
Hazırladı-Sevinc Mustafayeva