Arçil Talakvadze-Azərbaycan keçmişdə,indi və gələcəkdə də bizim strateji tərəfdaşımız olacaq,Davit Qareci ilə əlaqədar başladılan istintaq daxili məsələmizdir
Azərbaycan keçmişdə,indi və gələcəkdə də bizim strateji tərəfdaşımız olacaq.Başladılan istintaq və prokurorluğun səsləndirdiyi mümkün cinayət bizim daxili məsələmizdir-bu barədə parlamentin sədri, Arçil Talakvadze Davit Qareci məsələsi ilə əlaqədar aparılan istintaqla bağlı bildirib.
Parlament sədrinin sözlərinə görə,yeni hallarla gürcü tərəfi ilkin razılaşmaya yenidən baxılmasına çalışacaq.
„Azərbaycan keçmişdə,indi və gələcəkdə də bizim strateji tərəfdaşımız olacaq.Nə istintaq ,nə də bu istintaq çərçivəsində müəyyən olunan yeni hallar ,hansılarla ki, biz çalışacağıq danışıqları davam etdirək və ilkin razılaşmaya yenidən baxılmasına çalışaq,bizim dostluq əlaqələrimizə təsir edə bilməyəcək. Başladılan istintaq və prokurorluğun səsləndirdiyi mümkün cinayət bizim daxili məsələmizdir,burda Azərbaycan tərəfi ilə hər hansı bir iddiamız olmayacaq . Hələ komissiya çərçivəsində nə baş verdiyini müəyyən etməliyik,1945-ci və sonrakı illərdə dərc olunmuş xəritələrin delimitasiya-demarkasiya prosesində niyə istifadə edilmədiyinə dair ciddi suallara cavab verilməlidir,çünki rəsmi olaraq razılaşdırılmış 1938-ci ilin xəritəsi ölkəmizin milli maraqları,mədəni irsimizin qorunması üçün daha ədalətli şərtlər qoşurdu. Davit Qareci və sərhəddin delimitasiyası ilə əlaqədar danışıqların davam etdirilməsinədək buna cavab verilməlidir.Əlbətdə, bu bizim ikitərəfli əlaqələrimizə, Azərbaycanla strateji tərəfdaşlığımıza şamil olunmur. Azərbaycan keçmişdə,indi və gələcəkdə də bizim dost ölkəmiz olacaq. Yeni aşkarlanan hallarla və istintaq çərçivəsində müəyyən olunmuş faktlarla çalışacağıq danışıqları davam etdirək və ölkəmizin milli maraqlarının əleyhinə əldə olunan ilkin razılaşmaya yenidən baxılmasına nail olaq”-deyə Arçil Talakvadze bildirib.