Aprelin 20-də İrakli Ğaribaşvili Şida Kartli bölgəsinin partiya aktivi ilə görüşəcək
Aprelin 20-də İrakli Ğaribaşvili Şida Kartli bölgəsinin partiya aktivi ilə görüşəcək

 
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili sabah, aprelin 20-də Şida Kartli bölgəsinin partiya aktivi ilə görüşəcək.

Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, görüş saat 13:00-da Qoridə baş tutacaq.

“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili, partiyanın icraçı katibi Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze və parlament əksəriyyətinin üzvləri Şida Kartli bölgəsinin yerli təşkilat rəhbərləri və partiya aktivi ilə görüşəcək.

Görüşdə Şida Kartli bölgəsi üzrə dövlət nümayəndəsi Levan Xarabadze iştirak edəcək.

“Gürcü Arzusu” sədrinin və partiya liderlərinin bölgələrdə görüşləri martın 2-də başlayıb. Acarada, Sameqrelo-Zemo Svaneti, Quria, İmereti və Raça-Leçxumi-Kvemo Svaneti bölgələrində görüşlər keçirilib.

İrakli Ğaribaşvili 100 gün ərzində 10 bölgədə partiya aktivi ilə görüşəcək.