Aprelin 19-da parlamentdə Vaxtanq Qomelauri və Levan Davitaşvilini interpelyasiya qaydasında dinləyəcəklər
Aprelin 19-da parlamentdə Vaxtanq Qomelauri və Levan Davitaşvilini interpelyasiya qaydasında dinləyəcəklər

 
Sabah, aprelin 19-da parlamentdə iki naziri interpelyasiya qaydasında dinləyəcəklər.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deputatların suallarını cavablandıracaq.

“Daxili işlər nazirinin interpelyasiya qaydasında dinlənilməsi zamanı qadın qətli məsələsi, iqtisadiyyat nazirinin interpelyasiya qaydasında dinlənilməsi zamanı isə səhv etmirəmsə, Baxmaro məsələsi qaldırılıb. Ardıcıllıq da belə olacaq. Əvvəlcə saat 12:00-da daxili işlər nazirinin, daha sonra isə iqtisadiyyat nazirinin interpelyasiya qaydasında dinlənilməsi baş tutacaq” – deyə Şalva Papuaşvili qeyd edib.