Aprelin 11-dən 25-i də daxil olmaqla Qombori-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Aprelin 11-dən 25-i də daxil olmaqla Qombori-Telavi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumata əsasən, aprelin 11-dən aprelin 25-i də daxil olmaqla Vaziani-Qombori-Telavi respublika avtomobil yolunun 27 km-33 km hissəsində aparılan bərpa işləri çərçivəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

“Sözügedən müddət ərzində avtonəqliyyat vasitələri beynəlxalq əhəmiyyətli Tbilisi-Bakurtsixe-Laqodexi avtomobil yolu ilə hərəkət edəcək. Avtonəqliyyat vasitələrinin hərəkəti patrul polisinin birbaşa nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.

Reabilitasiya hissəsinə səkkiz sürüşmə sahəsi daxildir. Layihə çərçivəsində Qombori dağ keçidi hissəsində, sürüşmə sahələrində drenaj sistemi qurulacaq. Görülən işlərin xüsusiyyətlərindən irəli gələrək avtomobil yolunun 3-4 metrədək kəsilməsi lazımdır ki, bu da avtonəqliyyat vasitələrinin keçidini təmin edə bilmir.

Layihə çərçivəsində Vaziani-Qombori-Telavi avtomobil yolunun ümumilikdə 33,6 km-lik hissəsinin bərpa işləri aparılır. İşlər dövlət büdcəsindən 66 700 000 lari ilə maliyyələşdirilib” – məlumatda deyilir.