Aprelin 1-dən sükanı sağda olan avtomobil sürücləri sükan mexanizmini sola keçirə bilməyəcəklər
Aprelin 1-dən sükanı sağda olan avtomobil sürücləri sükan mexanizmini sola keçirə bilməyəcəklər

2020-ci ilin aprelin 1-dən, sükanı sağda olan və sükanı sola keçirən avtomobillərin texniki inspeksiyasında dəyişikliklər olacaq.

Bu deməkdir ki, xaricdən gətirilən zamanı sükanı sağda olan avtomobillərin sonradan sükanını sola keçirmək artıq qadağan ediləcək. Yəni aprelin 1-dən belə avtomobillər texniki inspeksiyadan keçə bilməyəcəklər.

Nəqliyyat Agentliyinin məlumatına görə, bu qadağan 2020-ci ilin aprelin 1-dən qeydiyyatdan keçən sükanı sağda olan avtomobillərə də aid olacaq.

2020-ci ilin aprelin 1-ə qədər qeydiyyatdan keçən avtomobillər isə, texniki inspeksiyadan problemsiz keçə biləcəklər.