Aparıcı və mentor müəllimlərin əmək haqqları artır. Gürcüstan Təhsil və Elm nazirinin əmrinə görə, aparıcı müəllim əlavə olaraq 700 lari, mentor isə 1000 lari alacaq.
Qeyd olunan dəyişiklik nazirin 2015-ci il 28 sentyabr tarixli əmrinə edildi.
Bu vaxta qədər əlavənin miqdarı aparıcı müəllimlər üçün 250lari ilə müəyyənləşirdi, mnetor üçün isə 300 lari ilə.
Dəyişikliklər haqqında Gürcüstan Təhsil və Elm nazirinin əmri “Qanunverici Xəbərçisində” bu gün dərc olundu.
Aparıcı və mentor müəllimlər artırılmış əmək haqqlarını fevralın 1-dən alacaqlar.