Aparıcı Amerikan kinostudiyaları veb-səhifələrdə qeyri-leqal şəkildə yerləşdirilən filmlərlə bağlı Gürcüstana qarşı narazılıq bildiriblər

Aparıcı amerikan kinostudiyaları Gürcüstana tapşırıq göndərirlər.

Bu barədə məlumatı Gürcüstanın Milli Kino Mərkəzi yayır.

Kino mərkəzinin məlumatına görə, “Disney”, “Paramaunt Pikçers”, “Soni Pikçers”, “Universal Siti Studios” və “Yorner Brazers” kinostudiyaları filmlərinin Gürcüstanda qeyri-leqal şəkildə göstərilməsi ilə bağlı narazılıqlarını bildiriblər.

“Kinostudiyaların “Qruzpatent” və korsanlıqla mübarizə asosiyasiyalarına göndərdikləri məktubda qeyd olunur ki, gürcü veb-səhifələri illərdir amerikan filmlərini qeyri-leqal şəkildə yayınlayırlar və bu da Gürcüstan üçün ciddi problem yarada bilər” – deyilir məlumatda.