Ağır günlərə və bu günki hadisələrə baxmayaraq, mən çox şadam, çünki oğlumun ətrafında onu bu qədər sevən insan görürəm, – bu bəyanatı “Milli Hərəkatın” sədri Nika Melianın atası Anzor Melia, bu gün parlamentin yanında keçirilən aksiyada verdi.
Anzor Melianın dediyinə görə, Nika Melia hər şeyə dözüb, baş gələ biləcək.
“Onun bu yaşda bu qədər insanın sevgisini qazanacağını gözləmirdim. Nikanın nə qədər enerji dolu olduğunu görürsünüz. O əsl kişidir və bütün bunların altından qalxıb, baş gələ biləcək. Nikaya sağlamlıq və dözüm arzulayıram, bu iqtidara isə deyirəm ki, xalqı diz çökdürə bilməyəcəksiniz. Çox yaxında Gürcüstan da gün üzü görəcək”, – dedi Anzor Melia.