Antonio Quterreş Qəzza sektorunda münaqişənin aktivləşməsindən narahatlığını ifadə edib və yenidən atəşkəsə çağırıb
Antonio Quterreş Qəzza sektorunda münaqişənin aktivləşməsindən narahatlığını ifadə edib və yenidən atəşkəsə çağırıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Qəzza sektorunda münaqişənin aktivləşməsindən narahatlığını ifadə edib .

“Bu intensiv hava zərbələri və Qəzza sektoru istiqamətində İsrailin raket hücumlarının intensivləşməsi ilə müşayiət olunan İsrailin Müdafiə Qüvvələrinin quru əməliyyatlarının genişləndirilməsini əhatə edir”-deyə  Quterreşin yaydığı bəyanatında deyilir.

BMT-nin baş katibi Qəzzaya humanitar yardımın çatdırılmasının mümkün olması üçün yenidən atəşkəsə çağırır.

“Beynəlxalq humanitar hüquq laqeyd yanaşılmaması gərəkən aydın qaydalar müəyyən edir. Bu, a la carte menyu deyil və selektiv şəkildə istifadə edilə bilməz”, – Quterreş bildirib.