Anna Maliar - Ukrayna qüvvələri Baxmut və Melitopol istiqamətində uğur qazanır
Anna Maliar - Ukrayna qüvvələri Baxmut və Melitopol istiqamətində uğur qazanır

Ukrayna Müdafiə Qüvvələri Kleşeyevka vilayətinin Baxmut istiqamətində və Zaporojya vilayətinin Verbovoye və Novokarpovk rayonlarında uğur qazanıb. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Maliar məlumat verib.

O bildirib ki, hazırda ən aktiv döyüş əməliyyatları hücum əməliyyatının davam etdiyi Baxmut istiqamətindədir.

“İndi qaynar nöqtələr Kleşeevka və Kurdyumovkadadır. Kleşeevka rayonunda keçirilən hücum əməliyyatları nəticəsində müdafiə qüvvələrimiz uğur qazanıb. Düşmən Donetsk vilayətinin Yaqodnı və Boqdanovki rayonlarında müdafiəmizi yarmağa uğursuz cəhd göstərib”- müdafiə nazirinin müavini qeyd edib.

Onun verdiyi məlumatına görə, müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir və nəticədə işğalçı qüvvələr xeyli itki verir. Ukrayna hərbçiləri düşməni işğal olunmuş mövqelərdən geri çəkilməyə məcbur edirlər.

“Biz Zaporojye vilayətinin Verbovoye və Novokarpovk rayonlarında qismən uğur qazanmışıq, düşməni işğal olunmuş mövqelərdən qovub, ələ keçirdiyimiz mövqeləri möhkəmləndiririk”- deyə Maliar yazıb.