“Xalq üçün” hərəkatın lideri Anna Dolidze yeni siyasi partiya yaradır.
Anna Dolidze partiyanın qeydiyyatdan keçirilməsi üçün gərəkən imzaları yığmağa başladı. Dolidze bu gün Saburtalo əhalisi ilə görüşdü. Onlara gələcək planlarını bildirdi və vətəndaşları partiyasına qoşulmağa dəvət etdi.
Anna Dolidzenin dediyinə görə, siyasi partiya xalqın maraqlarına xidmət edəcək.
“Biz digər partiyalar kimi kabinetdə oturub, dostlarımızın imzalarını toplamayacağıq, biz xalq içinə çıxacağıq”, – dedi Anna Dolidze.