Ankaranın əsas rəmzi "Atakule Qülləsi" Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb [Video]
Ankaranın əsas rəmzi "Atakule Qülləsi" Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb [Video]

 

2022-ci ilin mayın 26-da Gürcüstanın Ankaradakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Müstəqillik Günü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın əsas rəmzi sayılan “Atakule Qülləsi” Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb-bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayır.

Səfirliyin məlumatına əsasən, işıqlandırmanın altında Gürcüstan və Türkiyə bayraqları, eləcə də türk və ingilis dillərində təbrik mətni – Gürcistan Bağımsızlık Günü kutlu olsun!; – Congratulations on the Independence Day of Georgia! qüllədə davamlı olaraq “hərəkət edir”.