Ancey Duda - Ukrayna boğulmaqda olan və bizi dibə çəkə biləcək insana bənzəyir
Ancey Duda - Ukrayna boğulmaqda olan və bizi dibə çəkə biləcək insana bənzəyir

 
Ukrayna boğulmaqda olan və bizi dibə çəkə biləcək insana bənzəyir-bu barədə Polşa Prezidenti Ancey Duda BMT Baş Assambleyasında açıqlayıb.

Polşa Prezidentinin təbirincə, insan suda boğulan zaman şəxsi qorxu və adrenalinin təsiri ilə inanılmaz gücə malikdir və ona kömək edən şəxsi suda boğa bilər.

“Bu, bir az Polşa ilə Ukrayna arasındakı vəziyyətə bənzəyir. Ukrayna Rusiyanın hücumu altındadır, şübhəsiz ki, çox çətin vəziyyətdədir, bacardığı qədər mübarizə aparır. Özümüzü boğulma zərərlərindən qorumaq üçün hərəkət etməliyikmi? Təbii ki, özümüzü bizə zərər verən suda boğulmaqdan qorumaq üçün hərəkətə keçməliyik, çünki boğulan insan bizə ziyan vursa və bizi boğsa kömək ala bilməz. Bu səbəbdən, biz öz maraqlarımızın qayğısına qalmalıyıq və bunu effektiv, həlledici edəcəyik” – Ancey Duda açıqlayıb.

Polşa Prezidenti bildirib ki, Volodimir Zelenski ilə görüşməyi planlaşdırırdı, lakin “təşkilati səbəblərə görə” görüşə bilməyib.