Ancey Duda Donald Trampla görüşüb
Ancey Duda Donald Trampla görüşüb

 
Polşanın Prezidenti Ancey Duda ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampla görüşüb. Görüş Nyu Yorkdakı “Trump Tower”də keçirilib.

Görüşdən əvvəl Tramp jurnalistlərə açıqlamasında Dudaya böyük hörmət bəslədiyini, onunla çox yaxşı və yaxın münasibətinin olduğunu, heç vaxt problem yaşamadıqlarını bildirib.

Bundan əvvəl Duda da mediaya şərh verib. Polşa Prezidentinin mediaya açıqladığı üzrə, Tramp onu görüşə şəxsən dəvət edib.

“Prezidentlər xarici səfərləri çərçivəsində müxtəlif siyasətçilərlə də görüşürlər. İki ölkənin bir-biri ilə yaxşı münasibətləri olanda bu normaldır. Onlar həm də siyasi səhnənin müxtəlif tərəfləri ilə yaxşı münasibət qurmaq istəyirlər. Bildirmək istərdim ki, Donald Trampın özü məni evinə dəvət edib. Belə ki, bu, şəxsi səfərdir, şəxsi dəvətdir. Dörd il boyunca bir-birimizlə əməkdaşlıq etdik, bir-birimizlə yaxşı münasibətimiz var”- Duda bildirib.