Ancelina Coli kino sənətinə etdiyi qatqıya görə mükafatlandıracaq

Amerikanın Kinematoqrafist İctimaiyyəti Ancelina Coliyi kino sənətinə etdiyi qatqıya görə, mükafatlandıracaq.

“Ancelina yüksək standartlar yaratdı. O güclü ruh və fərqli tərz sahibi olan həqiqi bir sənətçidir. Öz sənətindən başqa, o ağır sosiyal problemlər üzərində də çalışır” – deyilir Kinematoqrafist İctimaiyyətinin bəyanatında.

Mükafatlandırma mərasimi fevralın 17-də keçiriləcək.