Ancei Duda - "Vaqner"in Belarusa keçməsi Polşa üçün çox mənfi siqnaldır
Ancei Duda - "Vaqner"in Belarusa keçməsi Polşa üçün çox mənfi siqnaldır

 

“Vaqnerin” Belarusa keçməsi Polşa üçün çox mənfi siqnaldır-bu barədə Polşa Prezidenti Ancei Duda bildirib.

“Vaqner” qrupunun əsgərlərinin onun lideri Yevqeni Priqojinlə birlikdə Belarusa keçməsi bizim üçün çox mənfi siqnaldır. Biz bunun müttəfiqlərimizə aydın olmasını istəyirik” – deyə Duda açıqlayıb.

Duda NATO-nun qarşıdan gələn zirvə görüşü ilə bağlı Haaqada məsləhətləşmələr aparacağını, Şərq cinahının, xüsusən də Polşa və Baltikyanı ölkələrin təhlükəsizliyinin gücləndirilməsi məsələlərinin müzakirə olunacağını qeyd edib.

Bununla yanaşı, bundan əvvəl Litva Prezidenti Qitanas Nauseda Priqojin və “Vaqner” əsgərlərinin Belarusda peyda olacaqları təqdirdə, NATO-nun şərq sərhədinin gücləndirilməsinə ehtiyac yaranacağını bildirmişdi.

Məlumat üçün bildirək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner”in rəhbəri Yevqeni Priqojinin Belarusda olduğunu təsdiqləyib.