Andrey Yermak ABŞ və Avropanı sanksiyaları gücləndirməyə və Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırır
Andrey Yermak ABŞ və Avropanı sanksiyaları gücləndirməyə və Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırır

 
2024-cü il Rusiyaya qarşı müharibədə həlledici il olacaq- bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak açıqlayıb.

Yermak ABŞ və Avropanı sanksiyaları gücləndirməyə və Rusiyanın ölkənin enerji sisteminə gözlənilən hücumlarından əvvəl Ukraynaya əlavə silah sistemləri, xüsusilə də hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

“Müharibənin dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq”- deyə Ukrayna Prezidenti Administrasiyasının nümayəndəsi bildirib.

Andrey Yermak qeyd edib ki, Kiyevin əks-hücum əməliyyatı davam edir, silahlı qüvvələrin Dnepr çayının sol sahilində dayaq nöqtəsi var və prezident Zelenski qələbəni necə əldə edəcəyini bilir.