Andrei Kasianov Gürcüstan Xarici İşlər Nazirliyindədir
Andrei Kasianov Gürcüstan Xarici İşlər Nazirliyindədir

 

Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianov Gürcüstan Xarici İşlər Nazirliyindədir.

O, quruma bir az bundan əvvəl gəlib, lakin jurnalistlərə açıqlama verməyib.

Gürcüstan Xarici İşlər Nazirliyində Andrei Kasianovun verdiyi bəyanatla əlaqədar izahat verməsi üçün çağırıldığını bildiriblər.

Məlumat üçün bildirək ki, Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianov rusların Gürcüstana gəlişi səbəbilə təhlükə yaranacağı təqdirdə, ukraynalıların Gürcüstandan təxliyə edilə biləcəyini bildirib.