Andreas Norlen - Biz görürük ki, problemlərlə dolu bir regionda Gürcüstanın həqiqi demokratiyası var

Biz görürük ki, problemlərlə dolu bir regionda Gürcüstanın həqiqi demokratiyası var, – bu barədə bəyanatı, İsveç Krallığı parlamentinin sədri Andreas Norlen, Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşdən sonra, keçirilən birgə mətbuat konfransında verdi.

Onun dediyinə görə, Gürcüstana səfərlə demonstrasiya edilir ki, İsveç Gürcüstandakı demokratiyayı, qanun aliliyini və insan hüquqlarının qorunmasını dəstəkləyir.

Andreas Norlen həmçinin qeyd etdi ki, Gürcüstanı və İsveçi birləşdirən yenə bir əlamət odur ki, Gürcüstan ilk respublikasının qurulmasının 100 illiyini, İsveç isə, demokratiyanın 100 illiyini qeyd edir.