Anatoli Bibilov işğal altındakı Sxinvali bölgəsinin Rusiyaya birləşdirilməsi haqqında qondarma referendumu iyulun 17-nə təyin edib
Anatoli Bibilov işğal altındakı Sxinvali bölgəsinin Rusiyaya birləşdirilməsi haqqında qondarma referendumu iyulun 17-nə təyin edib

 
Özünü işğal altındakı Sxinvali bölgəsinin hazırkı “prezidenti” kimi təqdim edən Anatoli Bibilov Gürcüstanın işğal olunmuş bölgəsinin Rusiyaya birləşdirilməsi haqqında qondarma “referendum”-u iyulun 17-nə təyin edib.

Alan Qaqloyev Rusiyanın işğal etdiyi Sxinvali bölgəsində bir neçə gün bundan əvvəl keçirilmiş qondarma “Prezident seçkiləri”- nin qalibi elan edilib. Qondarma “inauqurasiya”-nın mayın 21-dən sonra keçirilməsi planlaşdırılır.

Qaqloyev daha əvvəl bildirmişdi ki, “vaxtı yetişəndə Cənubi Osetiya Rusiya Federasiyasına daxil olmaq üçün referendum keçirməyə hazır olacaq”.