Analena Berbok - iqtisadi çətinliklərə baxmayaraq, Almaniya Ukraynanı dəstəkləməkdən daxili yorğunluq hiss etmir
Analena Berbok - iqtisadi çətinliklərə baxmayaraq, Almaniya Ukraynanı dəstəkləməkdən daxili yorğunluq hiss etmir

İqtisadi çətinliklərə baxmayaraq, Almaniya Ukraynanı dəstəkləməkdən daxili yorğunluq hiss etmir-bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok “CNN”ə deyib.

İqtisadi problemlər fonunda Almaniyanın “Ukraynadan bezdiyini” hiss edib-etmədiyi ilə bağlı suala nazir “yox” cavabını verib.

“Biz demokratik ölkəyik, ona görə də hər kəsin dünyaya öz baxışı var, lakin almanların və avropalıların böyük əksəriyyəti əvvəldən yaxşı başa düşürdü ki, biz ukraynalıların yerində ola bilərik”, – Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. .

Berbokun sözlərinə görə, Almaniyada da bütün dünya kimi yüksək inflyasiyay olub və Almaniya iqtisadiyyatı Rusiya neft və qazından həddindən artıq asılı idi.

“Belə bir zamanda Ukraynanı, dünyanı dəstəkləmək üçün düzgün qərar qəbul etməlisən, amma bunu niyə etməli olduğunu insanlara izah etməlisən. Həmçinin, insanlar və ailələr üçün mənfi nəticələrin qarşısını almaq istiqamətində digər sosial proqramlar üzərində işləmək lazımdır. Biz bunu etməyə çalışırıq”, – deyə xarici işlər naziri bildirib.