Analena Berbok - müharibənin ilin sonuna kimi başa çatıb-çatmayacağını heç kim bilmir, biz Ukraynanın suveren dövlət olaraq qalması üçün hər şeyi edirik
Analena Berbok - müharibənin ilin sonuna kimi başa çatıb-çatmayacağını heç kim bilmir, biz Ukraynanın suveren dövlət olaraq qalması üçün hər şeyi edirik

 
Müharibənin ilin sonuna kimi başa çatıb-çatmayacağını heç kim bilmir, biz Ukraynanın suveren dövlət olaraq qalması üçün hər şeyi edirik-bu barədə Almaniyanın xarici işlər naziri Madriddə NATO sammitinədək keçirilən forumda bildirib.

Diskussiyanın moderatoru Analena Berbokdan Ukrayna prezidentinin müharibənin ilin sonuna kimi bitəcəyinə və Ukraynanın suverenliyinin toxunulmaz qalacağına ümid etməsinin nə dərəcədə real olduğunu soruşub, cavabında almaniyalı nazir bunu heç kimin bilmədiyini qeyd edib.

“Heç kim bilmir, lakin biz Ukraynanın suveren dövlət olaraq qalması və bütün ölkənin sülh və azad şəkildə birlikdə yaşaya bilməsi üçün hər şeyi edirik . Prezident Zelenskinin də dediyi kimi, bu ümiddir və ümidin qalması üçün əlimizdən gələni etməliyik. Məhz bu səbəbdən NATO sammitində də Ukraynaya ağır silahlar verməkdə davam etdiyimizi və bu səyləri gücləndirdiyimizi vurğulayırıq. Hazırda hər gün önəmlidir. Müharibənin nə qədər vaxt davam edəcəyini bilmirik. Əgər Rusiya prezidenti bombardımanı dayandırsa, müharibə günü sabahdan dayana bilər. Hər şey ondan asılıdır. O, müharibəni günü sabahdan bitirə bilər və sonra biz dünyanın üzləşdiyi problemləri həll edə bilərik. Lakin nə qədər ki, müharibə davam edir, hər gün əsgərlər, vətəndaşlar həlak olurlar. Buna görə biz silah tədarük etməklə insanların həyatını xilas edə bilərik” -deyə Analena Berbok bildirib.