Analena Berbok - Almaniya Rusiyadan gələn qaz defisitinin cəmiyyətdə parçalanmaya səbəb olmaması üçün hər şeyi edəcək
Almaniya Rusiyadan gələn qaz defisitinin cəmiyyətdə parçalanmaya səbəb olmaması üçün hər şeyi edəcək – “Deutsche Welle”nin məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Tokioyada səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Almaniya qaz defisiti ilə bağlı bütün mümkün ssenarilər üzərində işləyir.
“Əgər bizdə daha az enerji, daha az təchizat olsa, onun ədalətli paylanmasını izləyəcəyik”-deyə Berbok bildirib.
Bununla yanaşı, nazir 3 alman atom elektrik stansiyasının hələlik şəbəkədən çıxarılmama tələblərini qətiyyətlə rədd edib. Onun sözlərinə görə, Rusiya təkcə Ukraynadakı müharibədə deyil, ümumilikdə qaydalara riayət etməkdə, o cümlədən enerji resurslarının təchizatında proqnozlaşdırılmayan ölkədir.
“Buna görə də bütün mümkün ssenarilər üzərində iş aparılır” -deyə nazir bildirib.