Ana Günü ilə əlaqədar, Tbilisi Dövlət Universiteti Gürcüstanın Birinci Kanalının jurnalisti, Ramilia Əliyevanı mükafatlandırıb
Tbilisi Dövlət Universiteti, Gürcüstanın Birinci Kanalının ”Rəngarəng Gürcüstan” qrupunun rəhbəri Ramilia Əliyevanı görkəmli, ədəbi gürcü dili nitqinə görə qızıl medalla mükafatlandırıb.
Jurnalist Ramilia Əliyeva TDU-də Ana Gününə həsr olunmuş tədbirdə mükafatlandırılıb.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Ana Dili günü ilə əlaqədar bu gün tədbir keçirilib. Tədbirdə gürcü dilinin tədrisi və populyarlaşdırılmasında müstəsna xidmətlərinə görə Gürcüstanda akreditasiyadan keçmiş diplomatik missiyaların rəhbərləri təltif olunublar. Mükafat Almaniya, Litva, Böyük Britaniya, İtaliya və Avstriyanın səfirlərinə təqdim edilib.
Tədbirdə universitetin muzeyinin fondlarında qorunan foto və əlyazmalar sərgilənib. Qeyd etmək lazımdır ki, onlar arasında Noe Jordania və Nikoloz Çxeidze tərəfindən 1918-ci ilin oktyabr ayında imzalanan dövlət dili ilə bağlı qanun da var.
Dil Günü ilə əlaqədar, TDU Kitabxanasında Akaki və Kita Çxenkelilərin şəxsi arxivlərindən fondlarda qorunan nadir arxiv materialları: arxiv sənədləri, epistolyar irs, əlyazmalar, unikal foto material da sərgilənib.
Tədbirdə TDU-nin rektoru Qiorqi Şarvaşidze, Dil üzrə Dövlət Departamentinin rəhbəri Qiorqi Alibeqaşvili, Gürcüstanda akreditasiyadan keçmiş diplomatik korpusun, qanunverici və icraçı hökumətin, akademik dairələrin nümayəndələri və tələbələr iştirak ediblər.