Ana Dolidze - Vaşadzenin şərti ki, Axalaiyaları və Merabişvilini əfv edib geri qaytaracaq, ölkədə ən böyük qeyrisabitlik deməkdir, buna yol vermək olmaz
Ana Dolidze - Vaşadzenin şərti ki, Axalaiyaları və Merabişvilini əfv edib geri qaytaracaq, ölkədə ən böyük qeyrisabitlik deməkdir, buna yol vermək olmaz

Çox böyük təhlükə qarşısında dururuq, çünki prezidentliyə namizəd, Qriqol Vaşadze yalnız Qriqol Vaşadze deyil – o, problemlərin bütöv zərfidir, – bu barədə Gürcüstan Ali Ədliyyə Şurasının üzvü, Ana Dolidze “Palitranyus” teleşirkətinin efirində bəyan etdi.

“Bu problemlər Data Axalaiya, Baço Axalaiya, Vano Merabişvilidir – bu insanlar real, fəal, genişmiqyaslı hüquqların pozulmasında aşkar olunublar. Elə onların partiyasında olan Giorgi Tuğuşinin hesabatını oxuyun. Vaşadzenin şərti ki, Axalaiyaları və Merabişvilini əfv edib geri qaytaracaq, ölkədə ən böyük qeyrisabitlik deməkdir, buna yol vermək olmaz və mənim bu gələcək xoşuma gəlmir”, – Ana Dolidze bəyan etdi.