Ana Buçukuri - Müxalifətin birliyi ümumi siyahı mənasına gəlmir, onu belə tərcümə edənlər ya avamdır, ya da xüsusi olaraq səhvə sürükləməyə çalışırlar
Ana Buçukuri - Müxalifətin birliyi ümumi siyahı mənasına gəlmir, onu belə tərcümə edənlər ya avamdır, ya da xüsusi olaraq səhvə sürükləməyə çalışırlar

 
Müxalifətin birliyi ümumi siyahı mənasına gəlmir, onu belə tərcümə edənlər ya avamdır, ya da xüsusi olaraq səhvə sürükləməyə çalışırlar- bu haqda “Gürcüstan naminə” partiyasının üzvü Ana Buçukuri deyir.

O, deyir : “ölkənin Avropa gələcəyi risk altında olarkən müxalifətin birliyi önəmlidir”.

“Müxalifətin birliyinə hamı quyruq bağlayır, amma axı biz ciddi insanlarıq. Müxalifətin birliyi ümumi siyahı mənasına gəlmir, nöqtə !
Ölkənin Avropa gələcəyi risk altında olarkən müxalifətin birliyi önəmlidir. Seçkilərin müdafiəsi varkən və xüsusilə Tbilisi küçələrində gənclərdən eşitdiyimiz səsin hərəkətə keçirilməsi üçün koordinasiya, birlik vacibdir. Müxalifətin birliyi ümumi siyahı mənasına gəlmir, onu belə tərcümə edənlər ya avamdır, ya da xüsusi olaraq səhvə sürükləməyə çalışırlar”- Ana Buçukuri deyir.

“Gürcüstan naminə” partiyasının kiminlə əməkdaşlıq edəcəyini təsəvvür etməsi haqda və “Milli Hərəkat”ın onun üçün hələ də qırmızı xətt olub-olmaması sualına Buçukuri cavabında qeyd edib:

“Bizim üçün qırmızı xəttlər dəyişməyib. Ölkənin Avropa, Qərb gələcəyinin riskə atıldığı bu vəziyyətdə hamı ilə koordinasiya, əməkdaşlıq olacaq. Üstəlik, “Gürcü Arzusu”nun deputatları arasında öz əməlləri ilə ölkənin milli maraqlarının nə qədər risk altında qaldığını dərk edən bir nəfər belə olsa, biz mütləq həmin şəxslə əməkdaşlıq edəcəyik, hətta onu özümüzə qoşacağıq”- Ana Buçukuri deyir.

Bununla yanaşı, Ana Buçukuri Gürcüstanın Prezidentinin bu prosesdə rolunun nə olması ilə bağlı sualı belə cavablandırıb:

“Prezidentin Administrasiyası müstəqillik dərəcəsinə malik yeganə təsisatdır. Prezidentin mandatı və imkanları məhduddur, lakin yenə də rəsmi təsisatdır və seçkilərin qorunmasında mühüm rola malik olmalıdır”.