Amnesty İnternational Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində və həmçinin Gürcüstanda koronavirusa görə qoyulan məhdudiyyətlərlə bağlı hesabat yayır
Amnesty İnternational Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində və həmçinin Gürcüstanda koronavirusa görə qoyulan məhdudiyyətlərlə bağlı hesabat yayır.
“Martın 21-də Gürcüstan fövqəladə vəziyyət ilə nəzərdə tutulan tədbirləri keçirdi, hanılar ictimai təhlükəsizliyinin qorunmasının legitim məqsədləri üçün mütləq idi.
Prezident dekreti fövqəladə vəziyyət haqqında dayandırılan səlahiyyətlərın və xüsusi tədbirlərin təfərrüatlı siyahısını təqdim edirdi.
Qeyd olunan məhdudiyyətlər, covid-19-a qarşı mübarizə çərçivəsində, karantin requlyasiyalarını və beynəlxalq və daxili səyahətlərin məhdudiyyətini də nəzərdə tuturdu.
Ancaq, covid-19-a qarşı tətbiq edilən tədbirlərun diskriminasiyalı olduğu barədə narazılıqlar da səsləndi.
Tibbi tövsiyyələrə baxmayaraq, dini tədbirlər qadağan edildi, ancaq Bzoba və Pasxa günlərində aprelin 12 və 19-da bir neçə kilsə onlarca dindarları qəbul etməyə davam edirdi. Halbuki digər dini qruplar dini müəssisələrini müvəqqəti olaraq, bağlamağa razı oldular.
Aprelin 15-də Gürcüstanın müsəlmanlar idarəsinin rəhbəri Mirtağı Əsədov bəyan etdi ki, Ramazan ayında məscidlərin açılmasını gözləyirlər və ümid edirlər ki, Gürcüstan iqtidarı, pravoslav kilsələrinə göstərdiyi anlayışı, müsəlmanlara da göstərəcək. Bundan sonra Mirtağı Əsədovu Dövlət Təhlükəsizliyi xidmətinə dəvət etdilər və sabotaj ittihamı ilə sorğuya çəkdilər” – deyilir Amnesty İnternational-ın hesabatında.
Bununla yanaşı, hüquq müdafiyə təşkilatı qeyd edir ki, ölkə iqtidarı, karantin günlərində ən çox zərər görən qruplara yardım üçün müəyyən tədbirlər gördü.
“Gürcüstanın baş naziri bəyan etdi ki, iqtidar covid-19-la bağlı məhdudiyyətlər zamanı işini itirənlərə kompensasiya ödəyəcək. Həmçinin, bir neçə ay müddəti ilə, əhalinin kommunal xərcləri, təbii qaz, və 200 kilovatdan az xərclənən elektrik enerji vergisi ödənəcək” – deyilir hesabatda.