Amiran Qamkrelidzenin məlumatına görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 196-ya qədər artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 196-ya qədər artıb, – bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze biraz öncə verdi.

“Təsadüfmüdür bilmirəm, amma bu gün aprelin 7-dir və koronavirusun da yeddi halı qeydə alındı. Yəni, statistikayı desək, bu gün Gürcüstanda koronavirusa yoluxanların sayı 196-ya qədər artdı” – dedi Amiran Qamkrelidze.

196 qeydə alınan haldan 46 pasiyent sağaldı.

Üç pasiyent isə, koronavirusdan həlak oldu.