Amiran Qamkrelidze - Saburtalo klasterindən artıq 24 hal təsdiqləndi, 150 kontakt müəyyənləşdirildi

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Saburtalo klasterindən artıq koronavirusun 24 halı təsdiqləndi, 150 kontakt müəyyənləşdirildi.

“Hazırda, yoluxanlarla kontaktı olan insanların yoxlanışı keçirilir. Onlardan 80 nəfəri karantində, digərləri isə, ev təcridindədirlər” – dedi Amiran Qamkrelidze.