Amiran Qamğrelidzenin sözlərinə görə,cümə günündən etibarən Bolnisi və Telavi Munisipalitetlərində seroprevalensiya araşdırmasına başlanılır
 Amiran Qamğrelidzenin sözlərinə görə,cümə günündən etibarən Bolnisi və Telavi Munisipalitetlərində seroprevalensiya araşdırmasına başlanılır

XNMM-nin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, cümə günündən etibarən Bolnisi və Telavi Munisipalitetlərində seroprevalensiya araşdırmasına başlanılacaq.

″Biz birisi gündən,cümə günündən etibarən ,bir tək iki kənddə deyil,bütöv Bolnisi Munisipalitetində  koronavirusa yoluxmanın necə  yayılmasını müəyyən etmək üçün,Bolnisi və Telavi Munisipalitetlərində seroprevalensiya araşdırmasına başlayırıq.Nəzarət üçün Kaxetinin munisipalitetlərindən birini,konkret olaraq desək Telavini götürmüşük,təsadüfü seçim prinsipi əsasında,5 gün ərzində-cümə günündən başlayaraq bu araşdırmanı aparacağıq və əlavə hansı tədbirlərin görülə biləcəyi məhz bu tədqiqatdan asılı  olacaq″-deyə Qamğrelidze bildirib.

Hazırladı-Sevinc Mustafayeva